Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.