Prezidentin bu gün açılışını etdiyi “8 Noyabr” stansiyasından görüntülər
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında prezident İlham Əliyev , paytaxtın Nəsimi rayonu C.Səlimov küçəsi, 1065 məhəllə (Mərkəzi Hərbi Hospitalın qarşısında) ünvanında yerləşən “Bakı Metropoliteni”nin "Bənövşəyi xətti"nin “8 Noyabr” stansiyasının rəsmi açılış mərasimində iştirak edib.
YeniAvropa xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına metrostansiya barədə məlumat verib.
Bildirilib ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.
Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. Bununla da sərnişinlərin rahatlıq və təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Hərəkətin optimal təşkili ilə vaxta qənaət edilməsi isə vətəndaş məmnunluğuna hesablanan əsas amillərdən biridir.
Metropolitenin bu stansiyasının tikintisi zamanı həssas kateqoriyadan olan vətəndaşlarımızın çətinlik çəkməməsi üçün hər cür şərait yaradılıb. Stansiyanın inşasında yeni növ inşaat üsullarından geniş istifadə edilib. Belə ki, stansiyada fövqəladə hallara qarşı enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə təmin edilməsi, digər xətlərdə olan sistemlə müqayisədə burada SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və qatarların hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleksin tətbiqi xüsusi yeniliklər sırasındadır.
Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur.
Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun - yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.
Vətən müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki, bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlıq” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğ”un gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb