logo

Əlimərdan bəy Topçubaşovun nəvəsi Cümhuriyyət dövrünü anlatacaq-VİDEO

18:48 28-05-2021 | icon 2709
Əlimərdan bəy Topçubaşovun nəvəsi Cümhuriyyət dövrünü anlatacaq-VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli diplomat, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə "AzTV"də xatirələrini bölüşüb.

YeniAvropa xəbər verir ki, "AzTV"nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin "Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edəcək.

Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.

Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyyətinin dövrünün görkəmli siyasi xadimi olan, ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir.

"Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Brand Media”nın istehsal etdiyi "Yüz ilin adamları” proqramını Hüseyn Cavadzadənin təqdimatındabu axşam saat 21:30-da "AzTV"də yayımlanacaq.