logo

Həkim infeksionist Bakıda metronun daha 3 ay bağlanmasına tərəfdardır

20:18 26-05-2021 | icon 2261
Həkim infeksionist Bakıda metronun daha 3 ay bağlanmasına tərəfdardır

"Bakı metrosunun fəaliyyətini bərpa etməsi barədə qərarın olmasını müsbət qarşılamıram. Çünki yayda metroda yoluxma daha da arta bilər”.

YeniAvropa xəbər verir ki,bunu "ARB 24”ün "Nə baş verir?” verilişə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

"Havalandırma sistemi nə qədər yaxşı olsa da, insan sayı çox olduğu üçün qapalı məkanda yoluxma artır. Hesab edirəm ki, qarşıdakı 3 ayda metronun bağlı qalması yoluxmanın azalmasına səbəb ola bilər”, - o bildirib.