logo

Sabunçuda “Azəriqaz” ın əməkdaşını döyənə cinayət işi açılıb

12:37 26-05-2021 | icon 2513
Sabunçuda “Azəriqaz” ın əməkdaşını döyənə cinayət işi açılıb

Paytaxtın Sabunçu rayonunda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 19-da “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri - İlkin Əzizov ilə abonent arasında mübahisə yaranması və abonentin qohumu Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.