AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə onun yaxınları soaial şəbəkədə məlumat paylaşıblar.
Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan Nizami Xudiyev böyrək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bir zamanlar Yeni Azərbaycan Partiyasının fəal simalarından olan Nizamni Xudiyev son illər aktiv ictimai-siyasi fəaliyyətdən kənara çəkilmişdi.
Allah rəhmət eləsin!