İyunun 10-dan etibarən dini ibadət yerlərinin fəaliyyəti bərpa edilir.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Şahmar Mövsümov, həmçinin deyib ki, məscidlərdə müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi mütləq nəzərə alınacaq.