Şirvan şəhərində küçədən kişi meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, Şirvanda şəhərinin H.Əliyev prospektində yerləşən əvvəllər peşə təhsili kimi fəaliyyət göstərən tikilinin ərazisində kişi meyiti aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasının morquna yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, meyit səfil həyatı sürən Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğludur.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.