Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edən SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun cənazəsi Bakıya gətirilib.
YeniAvropa xəbər verir ki, bu barədə xalq rəssamının bacısı Zərif Salahova məlumat verib.
O, qardaşının nəşinin bu gün səhər "Təzə Pir" məscidinə aparıldığını və sabah I Fəxri Xiyabanda dəfn olunacağını bildirilib.