Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində (MKTİB) baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.
Rayon prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında qeyd edilib ki, bununla əlaqədar aparılmış araşdırma zamanı 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəzilərinin qismən işə gəldiyi, digər qisminin isə ümumiyyətlə işə gəlmədiyi, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənildiyi müəyyənləşdirilib. Bundan başqa, Birliyin aktından məlum olub ki, həmin qurumun balansındakı avtomobillərin 3700 manat dəyərində ehtiyat hissələri əsassız silinib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslər müəyyənləşdirilərək istintaqa ediləcəklər.