Tahir Salahov I Fəxri xiyabanda dəfn ediləcək
Ötən gün Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edən SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.
Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.
1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub. 1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkib, ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. Həmin il Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilib.
1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib.
1963-cü ildə ona Azərbaycan SSR xalq rəssamı adı verilib, həmin il sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib.
Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb.
1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. SSRİ Ali Sovetinin deputatı olub. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilib.
1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı İdarə Heyətinin sədri, 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub.
1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilib. 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olub.
1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilib.
1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib.
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.
1996-cı ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilib.
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın - "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülüb.
SSRİ-nin Lenin ordeni (1989), Sosialist Əməyi Qəhrəmanı (1989), Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (1998), Azərbaycanın "İstiqlal" ordeni
(1998), Rusiyanın II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (2003), Gürcüstanın "Şərəf" ordeni (2003), Azərbaycanın "Heydər Əliyev" ordeni (2008), Fransanın Ədəbiyyat və İncəsənət ordeni (2009), Rus Pravoslav kilsəsinin Şöhrət və Şərəf ordeni (2010), Azərbaycanın III dərəcəli "Şöhrət" ordeni (2010), Fransa Fəxri Legion ordeni (2015), Rusiyanın "Dostluq" ordeni (2016), Azərbaycanın 1-ci dərəcəli "Əmək" ordeni (2018) ilə təltif edilib.
Üç qızı, bir oğlu var.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb