logo

Bakıda sevgilisini güllələyən polis əməkdaşı vəfat etdi

09:55 21-05-2021 | icon 1757
Bakıda sevgilisini güllələyən polis əməkdaşı vəfat etdi

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

YeniAvropa xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.