logo

Ağstafa rayonunda zəlzələ olub

09:24 21-05-2021 | icon 2464
Ağstafa rayonunda zəlzələ olub

Mayın 21-də Ağstafa rayonunda zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 06:31-də Qazax stansiyasından 26 kilometr şimal-şərqdə Ağstafa rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,3 gücündə olub.

Zəlzələ hiss olunmayıb.