"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
YeniAvropa xəbər verir ki, bu dəfə həmin vəzifəyə əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova cəmi 5 gün sonra istefa vermişdi.
O, "SpaceTV"yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.