logo

Rüşvətxor qadın məktəb direktoruna cinayət işi açıldı

15:15 20-05-2021 | icon 4340
Rüşvətxor qadın məktəb direktoruna cinayət işi açıldı

Abşeron rayon Prokurorluğu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət almasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunan məlumatlara münasibət bildirib.

Prokurorluqdan YeniAvropa-ya verilən məlumatında bildirilib ki, Abşeron rayon Prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq etdiyi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunacaqlar.