logo

Toy və yas mərasimlərinə icazə veriləcək-TƏBİB

11:22 20-05-2021 | icon 3668
Toy və yas mərasimlərinə icazə veriləcək-TƏBİB
Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
 
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva "AzTV"də çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq.
"Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır",-deyə Yaqut Qarayeva bildirib.