logo

Bakıda 40 yaşlı müəllim koronavirusdan öldü

15:15 18-05-2021 | icon 2100
Bakıda 40 yaşlı müəllim koronavirusdan öldü

Yasamal rayonu, 18 nömrəli tam orta məktəbin Sağlam Təhsil sinfinin müəllimi Vəfa Teymurova vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə müəllimənin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilib ki, COVID-19-a yoluxan Vəfa Teymurova ötən gün  müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Teymurova 1980-ci il dekabrın 13-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1997-ci ildə əmək fəaliyyətinə başlayıb.