Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evində silah-sursat saxlayan şəxs saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon Polis Şöbəsindən bildirlib. Qeyd edilib ki, Quba rayonunun Dağlı kəndində yaşayan 80 yaşlı Əliməmmədov Qubaşah Balamirza oğlunun evindən sənədsiz tüfənglər, patrondaş, müxtəlif kalibrli güllələr, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.