logo

Türkiyəyə  müalicəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə  dönüb

14:30 16-05-2021 | icon 2121
Türkiyəyə  müalicəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə  dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qazilərimiz Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!