Prokuror köməkçisi ürək tutmasından vəfat edib.
YeniAvropa xəbər verir ki, hadisə Qusar rayonunda baş verib.
Belə ki, Qusar rayon prokurorunun köməkçisi Elşən Məmmədov dünyasını dəyişib.
45 yaşlı E. Məmmədovun yaşadığı evdə qəfil ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, E. Məmmədov əvvəllər Sumqayıt şəhər prokurorluğunda vəzifə daşıyıb.