Sərhədçilərimizi qətlə yetirən iranlı narkokuryerlərdən biri yaxalandı
Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşının kimliyi müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edən maddə olan 17 715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.
İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi Baş prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimiayyətə ətraflı məlumat veriləcək.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb