Şuşanın icra başçısı Bayram Səfərov ötən gün Cıdır düzündə keçirilən "Xarıbülbül” musiqi festivalı zamanı yuxuya gedib.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
İctimai-siyasi şəxslərin iştirak etdiyi tədbirdə Bayram Səfərovun yatması sosial şəbəkə istifadəçiləri tərəfindən qınaqla qarşılanıb.
Xatırladaq ki, 3 il əvvəl Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovun yuxuya getməsi görüntüləri də o vaxtlar qınaq obyekti olmuşdu.