Azərbaycanlı oliqarx oğlunun Avropadakı mülkləri müsadirə olunur
YeniAvropa xəbər verir ki, dünya və Rusiya mediası, London Ali Məhkəməsinin Azərbaycan əsilli rusiyalı milyarderin keçmiş həyat yoldaşı Tatyanın Krasnodar diyarından keçmiş senator Fərhad Əhmədovun oğlu Teymura qarşı iddiası ilə bağlı son qərarını fəal şəkildə müzakirə edir.
Məhkəmə müəyyən edib ki, Teymur bir neçə il boyunca atasına 2016-cı ildə boşanması zamanı təxminən 600 milyon dolların gizlədilməsində yardım edib. İndisə məhkəmə qırarına görə, Teymur anasına həmin məbləğin altıda bir hissəsini ödəməlidir.
Onun pulu var - 27 yaşlı oğlan, Londonun ən bahalı yaşayış kompleksi "One Hyde Park" da, ukraynalı oliqarx Rinat Axmetov, Qətərin baş nazirinin müavini və digər hörmətli insanlara bitişik, kifayət qədər böyük bir mənzilə sahibdir. Fransada sanballı əmlakı, çox böyük super avtomobil kolleksiyası var... siyahını uzatmaq da olar. Göründüyü kimi, indi bütün bunlar məhkəmə tərəfindən anasının lehinə müsadirə ediləcək və Teymur həmişəki lüks həyat tərzini dəyişdirməli olacaq. Onun doğulduğu və böyüdüyü Dumanlı Albionun paytaxtını tərk etməsi də gözlənilir.
Fərhad Əhmədova gəldikdə, sərvətini Rusiyada qazanıb, bu ölkəni çoxdan tərk edib və Dubay ilə doğma Azərbaycan arasında yaşayır.
Fərhad Əhmədovla Tatyana 1990-cı illərin əvvəlində evləniblər və dərhal Böyük Britaniyaya köçüblər. Onların ailəsində iki uşaq doğulub – oğulları Teymur və Eqdar. Lakin nikahları çat verib, 2013-cü ildə Tatyana ərinin davranışları səbəbindən boşanma üçün iddia qaldırıb.
Məlum olub ki, Fərhad Əhmədov 10 ildən çox faktiki iki evdə yaşayıb, gizlincə gənc model Anna Adamova ilə görüşüb. Britaniya mediasının yazdığı kimi, bir ailə tətili zamanı Anna qonşu kurorta gəlib və Əhmədovun hidroplanla arvadının yanından onun yanına qaçıb. Teymurun sözlərinə görə, anası hər şeyi təxmin edib. Annanın Fərhaddan oğlu dünyaya gələndə isə buna artıq susa bilməyib.
2016-cı ildə London məhkəməsi Əhmədovun Tatyanaya sərvətinin təqribən 40 faizini , demək olar ki, 600 milyon dollar təzminat ödəməsinə qərar verib. Oliqarx bu qərarı "tualet kağızı parçası" adlandırıb və buna riayət etməkdən qəti şəkildə imtina edib. İddiasına görə, Tatyana ilə uzun illər əvvəl Moskvada boşanıb və bu illər ərzində onunla birlikdə yaşamağa davam etdiyini iddia edib.
Ancaq London məhkəməsi Əhmədovun vəkilləri tərəfindən verilən "Moskva" boşanmasına dair sənədləri uydurma hesab edib və qərarını qüvvədə saxlayıb, sonra bunu Moskvadakı məhkəmə təsdiqləyib. O vaxtdan bəri Tatyana Əhmədova və vəkilləri keçmiş ərinin mülklərini dünyada axtarır.
2020-ci ilin yanvarında isə oğlu Teymura qarşı məhkəməyə müraciət edib, bu illər ərzində atasına ailə kapitalını ondan gizlətməyə kömək etdiyindən şübhələnib.
Məhkəmə qərarı ilə ortaya çıxan ata və oğul Əhmədovların hüquqşünaslar, bankirlər və məsləhətçilərlə yazışmaları bu illər ərzində mülkləri necə gizlətməyi bacardıqlarına aydınlıq gətirib./Lent.az
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb