logo

Bayram Məmmədov dəfn edildi

19:46 09-05-2021 | icon 2240
Bayram Məmmədov dəfn edildi

Türkiyənin İstanbul şəhərində dənizdə meyiti tapılan NİDA-çı gənc Bayram Məmmədov bu gün dəfn edilib.

YeniAvropa xəbər verir ki, bu barədə dostları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilib ki, mayın 2-də İstanbulda dənizdə boğulan B.Məmmədovun nəşi ötən gün Bakıya gətirilib.

Xatırladaq ki, "Sabah" qəzetinin yaydığın məlumata görə, hadisə İstanbulun Kadıköy rayonu ərazisində qeydə alınıb. 25 yaşlı ictimai fəal dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulub. Məlumatda mərhumun üzə bilməməsi də qeyd olunub.

Azərbaycanlı gəncin ölümündən sonra Kadıköy rayon polis şöbəsinə gələn Bayramın dostu onun iki gündür itkin düşdüyünü bildirib. Polisin göstərdiyi fotodan itkin düşən şəxsin Bayram olduğu təsdiqlənib.

Dostlarının bildirdiyinə görə Bayram İstanbula Avropa universitetlərinin birində magistr proqramına hazırlaşmaq üçün gedib.

Daha əvvəl gənc fəallar Bayram Məmmədov Qiyas İbrahimli ilə birgə Heydər Əliyevin heykəlini yazdıqlarına görə həbs edilmişdilər. 2019-cu ildə prezident tərəfindən əfv olunaraq azadlığa çıxmışdılar.

Bayram Məmmədov həbsdə olarkən təhsil aldığı Bakı Slavyan Universitetindən xaric olunmuşdu. O,həbs olunmazdan əvvəl BSU-nun Tərcümə fakültəsində təhsil alırdı.