logo

Güclü külək və yağıntılı hava şəraiti qərb bölgəsində fəsadlar törədib

18:58 09-05-2021 | icon 2184
Güclü külək və yağıntılı hava şəraiti qərb bölgəsində fəsadlar törədib

Qeyri-sabit hava şəraiti Azərbaycanın qərb bölgəsində bir sıra fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, güclü külək nəticəsində Gəncə şəhərində bir neçə ağac aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Eyni zamanda bir neçə fərdi evin dam örtüyü zərər görüb, bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.

Qazax rayonunda dolu və güclü yağış yağıb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə qismən ziyan dəyib. Analoji vəziyyət Daşkəsən, Gədəbəy və Göygöl rayonunda da müşahidə olunur.

Hazırda bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.