Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
YeniAvropa xəbər verir ki, avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Nəzərov Nihad Ramil oğlunu vurub.
Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.
Faktla bağlı araşdırmalar davam etdirilir.