Bu gün Ramazan ayının sonuncu Qədr gecəsidir.
YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqvimində qeyd olunub.
Bildirilir ki, mayın 9-dan 10-na keçən gecə (Ramazanın 26-cı günü) sonuncu Qədr gecəsidir.
Qeyd edək ki, ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecə, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecə, üçüncü Qədr gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.