Suraxanı rayon Polis İdarəsinin əməkdaşları Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasiminin keçirilməsinin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəzarət-profilaktik tədbir zamanı karantin qaydalarını pozan 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimələniblər.
Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb, onları karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi barədə məlumatlandırıblar.