logo

Sabah Bakıda  arabir yağış yağacaq, 20° isti olacaq

13:14 08-05-2021 | icon 2023
Sabah Bakıda  arabir yağış yağacaq, 20° isti olacaq

Azərbaycanda mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14°, gündüz 18-21° isti, Bakıda gecə 12-14°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin mayın 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.