Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 55 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.