Mayın 9-dan 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək.
YeniAvropa xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar iş günləri və istirahət günlərinin yerlərində dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib. Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün qanunvericiliyə uyğun olaraq, mayın 10-u da qeyri-iş günü olacaq.
Beləliklə də , Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.
Mayın 16-dan etibarən Azərbaycanda növbəti iş həftəsi başlayacaq.
Qeyri-iş günlərində isə ölkədə ictimai nəqliyyat işləməyəcək.