“Space” Müstəqil Teleradio Şirkətinin sabiq rəhbəri Kamil Şahverdiyevin yeni vəzifəsi məlum olub.
YeniAvropa xəbər verir ki, K.Şahverdiyev “Space TV”nin icraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, dünən ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılova “Space TV”nin rəhbəri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Kamil Şahverdiyev mərhum xalq artisti Rəşid Behbudovun kürəkəni, müğənni Rəşidə Rəşidlə evlidir. O, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.
Kamil Şahverdiyev uzun illərdir "Space TV"də çalışır.
Kinorejissor Vaqif Mustafayev 2006-cı ildən bu kanala rəhbərlik ediləndə Kamil Şahverdiyevi yanına almışdı. O vaxtdan Kamil Şahverdiyev "Space TV"də icraçı direktor idi. Bu il, fevralın 5-də, Vaqif Mustafayev tutduğu vəzifədən azad edildən sonra Kamil Şahverdiyev TV-yə müvəqqəti rəhbərlik edirdi.
24 il öncə fəaliyyətə başlayan telekanalın qurucusu prezident İlham Əliyevin bacısı Sevil Əliyevadır.