logo

Sabirabaddan 62 yaşlı qadın evdə sirkə turşusu içdi-xəstəxanada öldü

19:55 06-05-2021 | icon 1834
Sabirabaddan 62 yaşlı qadın evdə sirkə turşusu içdi-xəstəxanada öldü

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb.

YeniAvropa xəbər verir ki, Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma aparılır.