Eldar Həsənovun səhhəti ağırdır-BQXK-nın əməkdaşları ilə görüşdü
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovla görüşüblər.
YeniAvropa xəbər verir ki, bu barədə sabiq səfirin vəkili Valeh Mehralıyev məlumat verib.
Onun sözlərinə görə, BQXK əməkdaşları öz mandatlarına uyğun olaraq Eldar Həsənovun tibbi sənədləri və saxlanma şəraiti ilə tanış olublar:
“Eldar müəllimin tibbi sənədlərini və qəbul etdiyi dərmanları nəzərdən keçirəndə təəccübləndilər və bildirdilər ki, COVID-19-a yoluxmada yüksək risk qrupuna aid olan 66 yaşlı bir şəxsin səhhətinin bu dərəcədə kritik olmasına rəğmən, xəstəxanaya aparılmaması normal deyil. Komitə əməkdaşları məsələ ilə bağlı mandatları çərçivəsində dəstək olacaqlarını qeyd etdilər. E.Həsənovdan həbs olunmasında hansısa siyasi motivlərin olub-olmaması ilə bağlı sual verilərkən, o, bildirdi ki, 1992-ci ildən Heydər Əliyevin siyasi kursunu dəstəkləyirəm. Bu gün də prezident İlham Əliyevin siyasətini müdafiə edirəm. Bu, ömrümün sonunadək belə olacaq”.
Vəkilin sözlərinə görə, Eldar Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatı üçün təhlükə yaranması ilə əlaqədar təcili tibbi müdaxilə ilə bağlı bir neçə dəfə vəsatət verilsə də, ixtisaslı həkimlərin sabiq səfirin yanına buraxılmasına icazə verilmir:
“2020-ci il sentyabrın 20-də sabiq səfirin ürək əməliyyatı planlaşdırılırdı. Eldar Həsənovu 10 ildən artıq müayinə edən həkimin tibbi göstərişi vardı ki, ötən ilin sentyabrında əməliyyat olunmalıdır. Lakin Eldar müəllimin avqustun 13-də saxlanılması ilə əlaqədar əməliyyat təxirə salındı. Ürəyi ilə yanaşı, bağırsağında ciddi problemlər var. Bağırsaqda davamlı qanaxma müşahidə olunur. Eyni zamanda, onurğa sümüyündə böyük ölçülərdə bir neçə yırtıq mövcuddur. Otura, bəzən dura bilmir, çəliklə hərəkət edir. Dəfələrlə yıxılıb. Ayaqlarında tutulmalar var, sağ ayağını hərəkət etdirə bilmir. Təcili xəstəxana şəraitində müayinə, müalicə və əməliyyat olunmalıdır”.
Valeh Mehralıyev onu da əlavə edib ki, Eldar Həsənov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq təcridxanasında ona olan münasibətdən razıdır:
“Özü deyir ki, əgər DTX təcridxanasında yox, başqa saxlanma yerində olsaydım, həyatımı itirərdim. Ona xüsusi diqqət və qayğı göstərirlər. Çox ağır dərman preparatları qəbul edir. Bu dərmanlar orqanizminə pis təsir edir. Ailə üzvləri, övladları çox narahatdırlar, təcrid vəziyyətində olduğuna görə görüş imkanı məhduddur. Onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi iə bağlı verdiyimiz vəsasətlər də rədd edilib”.
Qeyd edək ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də DTX tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.
Eldar Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O, bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub.
E.Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru vəzifəsini daşıyıb.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb