logo

Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq

13:56 06-05-2021 | icon 1848
Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq

Ölkəmizə gətirilən və tətbiq olunan COVID-19 əleyhinə bütün vaksinlər təhlükəsiz və effektivdir. Azərbaycanda iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox azdır. Yoluxanlar da xəstəliyin ağır formasından tam qorunurlar.

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək mənası daşımır. Hazırda maska taxılması, məsafə saxlanılması və digər gigiyenik prosedurlara əməl olunması məcburi və mütləqdir”, - deyə T.Musayev bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qarşıdan gələn Ramazan bayramı günlərində yalnız ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağını, əlavə məhdudiyyətlərin tətbiq olunmayacağını da diqqətə çatdırıb.