Dövlətə 7 milyard zərər, əhaliyə bahalı su tarifi qoyub gedən QORXMAZ adam
Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla “Azərsu” ASC-nin İdarə Heyətinin sədri Qorxmaz Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb. “Azərsu” prezidentin 2020-ci il 5 noyabr tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Amma başqa dövlət şirkətlərindən fərqli olaraq, hələ ki “Azərsu” ASC-də Müşahidə Şurası yaradılmayıb.
YeniAvropa xəbər verir ki, Qorxmaz Hüseynov mediada tənqid hədəfi olan yüksək vəzifəli dövlət məmurlarından biri idi. Bir neçə ay əvvəl bloger Mehman Hüseynov ona məxsus dəbdəbəli malikanənin görüntülərini paylaşmışdı (http://yeniavropa.az/article/az/29788).
Bu hadisə cəmiyyətdə əks-səda doğursa da, ASC rəhbəri barədə dövlət səviyyəsində hər hansı araşdırma, təhqiqat aparılmadı – ən azından bu barədə hər hansı rəsmi açıqlama indiyədək yoxdur.
Buna baxmayaraq, Q.Hüseynov haqqında ciddi korrupsiya iddiaları var idi. Onun ASC-də əsas vəzifəsinin yaxın qohumlarına payladığı və onların vasitəsilə biznes strukturları yaratmaq olduğu bildirilirdi. Araşdırmaçı jurnalist Hafiz Babalı bu strukturları belə sadalayır:
“Hidrotop” MMC, “Hidrolayihə” MMC, “Hidro İnşaat Servis” MMC, “Hidro Park” MMC, “Motor Park” MMC, “Aquatech Consctruction” MMC, “Abşeron Construction” MMC, “Azərtexnolayn” MMC, “Komproqram Proqramlaşdırma və Texniki Təchizat Müəssisəsi” MMC, “Kaspian Menecment və Konsaltinq” MMC, “Alyan Tekstil” MMC, “Sevda” Xüsusi Kiçik Müəssisəsi, “VİP Şokalad” MMC, “Xəzər Tur Travel” MMC, “Tur-İnter Viza” MMC, “Trinty” MMC, “Natura Aqro” MMC,”Santex-Montaj-2000″ MMC, “Hidro İnşaat Servis Qırğızıstan flilalı” MMC…
Bundan başqa, ASC rəhbərinin tibb-sağlamlıq mərkəzləri, hətta uşaq bağçası da mövcuddur. Qohumlarının idarə etdiyi belə müəssisələr sırasında “Diaqnoz” Tibb Mərkəzi, “Dental Art Studio” MMC, “Alfa-Ritim” Tibb Mərkəzi, “Da Vinci Klinika” MMC, “Məlhəm Beynəlxalq Hospital” MMC, “Əziz balam” körpələr evi-uşaq bağçası və sair müəssisələrin adı çəkilir.
“Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı tənqidlərdən biri bu idi ki, dövlət investisiyaları, daxili subsidiyalar və xarici kreditlər şişirdilmiş layihələr vasitəsilə mənimsənilib. Bu səbəbdən ASC daim zərərlə işləyib və dövlətdən yüz milyonlarla dəstək alsa da, büdcə qarşısında öhdəliklərini yerinə yetirə bilməyib. Məsələn, 2015-ci ilin sonuna “Azərsu” ASC-nin balans zərərinin məbləği 5 milyard manat olub. Həmin ilin sonunda ASC-yə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4,3 milyard manat, 2019-cu ilin sonuna isə bu məbləğ əlavə ödənilmiş kapital nəzərə alınmaqla 6,9 milyard manata çatıb. Yəni qeyd olunan dövrdə dövlət bu quruma əlavə olaraq 2,6 milyard manat vəsait yatırıb. 2019-cu ilin sonuna ASC-nin balans zərərinin məbləği 7 milyard manata yüksəlib.
Neft pullarından böyük pay almış “Azərsu” ASC-nın borcları dövlət tərəfindən vaxtaşırı silinib.Məsələn, “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” prezidentin 2011-ci il 8 aprel tarixli, 405 nömrəli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərar verib. Qərara görə, ASC-nin 2011-ci il fevralın 1-nə olan aşağıdakı kreditor borcları silinib:
– “Bakıelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə – 83,0 milyon manat;
– “Sumqayıtelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə – 64,1 milyon manat;
– “Azərenerji” ASC üzrə – 9,3 milyon manat;
– Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üzrə – 65,6 milyon manat.
NK qərarı ilə Maliyyə Nazirliyinə və “Azərsu” ASC-yə tapşırılıb ki, ASC-nin elektrik enerjisinə görə borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 milyon manatın, habelə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna ödənilməli olan 3,8 milyon manatın Nizamnamə kapitalına yönəldilməklə silinməsini təmin etsinlər.
“Azərsu” ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KfW bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 milyon manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməsi tapşırılıb.
Bu səviyyədə dövlət dəstəyindən ruhlanan “Azərsu” rəhbərliyi 2013-cü ildə Heydər Əliyev prospektində dəbədəbli ofis binasının tikilməsinə qərar verib. Həmin il sentyabrının 5-də bu məqsədlə “Alke İnşaat Sənaye və Ticarət” Səhmdar Cəmiyyəti ilə bağlanan müqaviləyə görə, 2 mərtəbəsi yeraltı olmaqla, 22 mərtəbəli, hündürlüyü 124 metr, sahəsi 36 min 326 m2 olan binanın tikilməsi razılaşdırılıb. Bu məqsədlə dövlət büdcəsindən ümumilikdə 120 milyon dollardan çox vəsait xərclənib.
“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 247,11 milyon manat təşkil edib. Səhmdar Cəmiyyətin maliyyə hesabatında göstərilir ki, bu, 2020-ci il yanvarın 1-i ilə müqayisədə 1,5% çoxdur. Hesabat dövründə “Azərsu”nun Maliyyə Nazirliyinə borcu 20,4% artaraq 109,259 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 3,7% azalaraq 58,35 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 11,1% azalaraq 39,583 milyon manat, Dünya Bankına borcu 30% azalaraq 24,362 milyon manat, Asiya İnkişaf Bankına (AİB) borcu 21% artaraq 15,483 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, AİB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.
“Azərsu” ASC-nin hazırda 3 milyon 502 min 131 manat 37 qəpik vergi borcu var…
2021-ci il yanvarın 4-də “Azərsu” ASC-nın müraciəti əsasında Taarif Şurası suyun qiymətini iki dəfə artıraraq Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin qiymətini isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edib. Qiymət artımını əsaslandırmaq üçün Qorxmaz müəllim Taruf Şurasına yazmışdı ki, ASC-nin borclarını ödəmək, xərclərini qarşılamaq, xidmətin keyfiyyətini artırmaq üçün bahalaşmaya getmək zəruridir. Beləliklə, irimiqyaslı israfçılığın və korrupsiyanın zərəri son nəticədə yenə məzlum Azərbaycan xalqının başında çartladı…
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb