logo

Bayram Məmmədov İstanbulda mayın 2-də vəfat edib

21:09 05-05-2021 | icon 1680
Bayram Məmmədov İstanbulda mayın 2-də vəfat edib

Türkiyə mətbuatı da İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun ölüm hadisəsindən yazıb.

YeniAvropa xəbər verir ki,  "Sabah" qəzetinin yaydığına görə, hadisə İstanbulun Kadıköy rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı ictimai fəal dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulub. Məlumatda mərhumun üzə bilməməsi də qeyd olunub.

Hadisə mayın 2-də baş verib. Qeyd olunub ki, xilasetmə işləri aparan əməkdaşlar onun cansız cəsədini Haydarpaşa ərazisində tapıb. Azərbaycanlı gəncin ölümündən sonra Kadıköy rayon polis şöbəsinə gələn Bayramın dostu onun iki gündür itkin düşdüyünü bildirib.

Polisin göstərdiyi fotodan itkin düşən şəxsin Bayram olduğu təsdiqlənib.

Qeyd edək ki, dostlarının bildirdiyinə görə Bayram İstanbula Avropa universitetlərinin birində magistr proqramına hazırlaşmaq üçün gedib.

Xatırladaq ki, daha əvvəl gənc fəallar Bayram Məmmədov Qiyas İbrahimli ilə birgə Heydər Əliyevin heykəlini yazdıqlarına görə həbs edilmişdilər. 2019-cu ildə prezident tərəfindən əfv olunaraq azadlığa çıxmışdılar.

Bayram Məmmədov həbsdə olarkən təhsil aldığı Bakı Slavyan Universitetindən xaric olunmuşdu. O,həbs olunmazdan əvvəl BSU-nun Tərcümə fakültəsində təhsil alırdı.