44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hərbi qulluqçu - kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilib.
Hərbi qulluqçunun nəşinin aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.