logo

Xalq artisti Elmira Rəhimova da COVİD-19-a yoluxdu

22:15 04-05-2021 | icon 2394
Xalq artisti Elmira Rəhimova da COVİD-19-a yoluxdu

Xalq artisti Elmira Rəhimova koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, 80 yaşlı sənətçi FHN-nin Zığ qəsəbəsindəki Modul Tipli Hospitalına yerləşdirilib.

O, artıq 5 gündür ki, müalicə alır.
 
Elmira Allahverdi qızı Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub.  Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) , Azərbaycan Dövlət Dillər İnstitutunu (1970) bitirib.
1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınan müğənni Hindistanın baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib.

Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən müğənni dDünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Anand adında bir oğlu və iki nəvəsi var.