logo

Eldar Mahmudova məxsus şirkət ləğv olunur

12:49 04-05-2021 | icon 2303
Eldar Mahmudova məxsus şirkət ləğv olunur

“Kristal İnşaat” MMC ləğv olunduğunu elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.

Qeyd olunub ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən ünvanda Eldar Mahmudova məxsus "Kristal Plaza" yerləşir.

Xatırladaq ki, şirkət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. “Kristal İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.