logo

Xalq artisti Arif Quliyevin səhhətində irəliləyişlər var

12:29 04-05-2021 | icon 1771
Xalq artisti Arif Quliyevin səhhətində irəliləyişlər var

Bir müddət əvvəl "COVİD-19"a yoluxan , hazırda müalicəsi “Yeni Klinika”da davam edən xalq artisti Arif Quliyevin səhhətində müəyyən irəliləyişlər var.

YeniAvropa xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

"Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik”, -deyə oğlu bildirib. 

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün 1 həftədir ECMO cihazına qoşulub.