Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 78 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.