logo

Azad Rəhimovun oğlu atasının dəfn mərasimi ilə bağlı müraciət etdi...

12:11 01-05-2021 | icon 2562
Azad Rəhimovun oğlu atasının dəfn mərasimi ilə bağlı müraciət etdi...

"Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu".

YeniAvropa xəbər verir ki, bu sözləri  gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər, dövlətini sevən vətəndaş idi:

"Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.

Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi.
Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik".

Xatırladaq ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir.

Bir oğlu var. Oğlu Arıf Rəhimov  "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir. 

Azad Rəhimov 2006-ci ildə gənclər və idman naziri təyin edilmişdi.