Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb.
Zəlzələ ocağı 47 kilometr dərinlikdə yerləşib.