44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirlib ki,nəşi bu gün aşkarlanan leytenant Yusifov Əli Sülhəddin oğlu ıb sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayıb. Ondan bir daha xəbər alınmayıb.
1997-ci il təvəllüdlü şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan şəhidimiz nişanlı idi.
Şəhidin nəşi sabah Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!