logo

Paytaxtda tarixi binanın üstündə mansard tikildi

16:08 29-04-2021 | icon 2562
Paytaxtda tarixi binanın üstündə mansard tikildi

 

Payatxtın Səbail rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat paylaşıb.
O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib. 
 
Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.