logo

ABŞ telekanalı Mirələmovun katibəsini axtarır-təzminat ödəyəcək

12:55 29-04-2021 | icon 1806
ABŞ telekanalı Mirələmovun katibəsini axtarır-təzminat ödəyəcək

ABŞ-ın "ABC" telekanalında yayımlanan "Cimmi Kimmellə birbaşa efir" verilişi sabiq deputat Hüsenybala Mirələmovun videosunu yayımladıqlarına görə təzminat ödəmək fikrindədir.

YeniAvropa xəbər verir ki, buna səbəb sabiq deputatın videosundakı qadının üzünü açıq şəkildə göstərməkləridir. Belə ki, bununla bağlı azərbaycanlı gənclər Rəna Əfəndi və Adnan Hacızadə Cimmi Kimmelin komandası ilə əlaqə qurub və bu davranışın səhv olduğunu izah ediblər.

Verilişin işçiləri isə səhv etdiklərini boyunlarına alıb, həmin videonu "YouTube” kanallarından siliblər. Məlumata görə, videoda qadının üzünü gizlətmədikləri və ona verdikləri mənəvi ziyana görə, həmin qadına təzminat ödəmək istədiklərini bildiriblər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Mirələmovun iştirakı ilə yayılan qalmaqallı video Birləşmiş Ştatların "ABC" telekanalında nümayiş olunan ən məşhur tok-şou - "Cimmi Kimmellə birbaşa efir"də nümayiş olunub.