logo

Alimpaşa Məmmədovla birgə saxlanılanlar sərbəst buraxıldı

12:32 29-04-2021 | icon 1974
Alimpaşa Məmmədovla birgə saxlanılanlar sərbəst buraxıldı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi sərbəst buraxılıb.

YeniAvropa xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov bildirib ki, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev ifadəsi alındıqdan sonra azad olunub.

Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı./Unikal.org