Milli Azadlıq Hərəkatının öncüllərindən biri, Cəbrayıl rayon İcra Hakimiyyətiin sabiq başçısı Kərim Fərhad oğlu Kərimov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, sabiq icra başçısı Almaniyada müalicə olunduğu klinikada dünyasını dəyişib.
Allah rəhmət eləsin!