logo

TƏBİB: “Arif Quliyevin ölüm xəbəri yalandır”

10:11 27-04-2021 | icon 2359
TƏBİB: “Arif Quliyevin ölüm xəbəri yalandır”

Xalq artisti Arif Quliyevin ötən gün müalicə aldığı "Yeni Klinika”da vəfat etməsi barədə xəbərlər həqiqət deyil. 

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məlumat verib.

Qeyd edib ki,yayılan xəbərlər yalan və əsassızdır. 

O, həmçinin qeyd edib ki, Xalq artistinin vəziyyəti dəyişməyib, ağır olaraq qalır.
 
Xatırladaq ki,  xalq artistinin oğlu Rövşən Quliyev  iki gün əvvəl sosial şəbəkədə məlumat paylaşaraq atasının vəziyyətinin ağırlaşdığını bildirib:
"Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.